Azərbaycanda ən çox pul qazanan bələdiyyələr məlum olub. FED.az xəbər verir ki, ölkədə gəlirləri ən yüksək olan bələdiyyələrin adları mayın 16-da Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası üzvlərinin Xırdalan şəhərində keçirilən ümumi yığıncağında açıqlanıb.
Eləcə də bax: Azərbaycanda ilk dəfə bələdiyyə taksi şirkəti yaradıb
Yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov bildirib ki, 2017-ci ildə qəsəbə bələdiyyələri yerli ödənişlərdən 2 milyon 179 min 357 manat toplayıblar. Bu da büdcə gəlirlərinin 28,2 faizini, vergi və ödənişlərdən daxilolmaların isə 32 faizini təşkil edir.
2017-ci il üzrə büdcə daxilolmalarında ən yüksək göstərici 751 min 52 manat olmaqla Binəqədi rayonunun M.Ə.Rəsulzadə bələdiyyəsində və 571 min 721 manat olmaqla Sabunçu rayonunun Bakıxanov bələdiyyəsində qeydə alınıb.
Eləcə də bax: Bakı bələdiyyəsi biznesə başlayıb – GƏLİRİNİ 5 DƏFƏ ARTIRIB
Azərbaycanda ən çox pul qazanan bələdiyyələr - MƏLUM OLDU
02:30
17 May 2018