Rəsmi Kiyev Dağlıq Qarabağda vəziyyətin daha kəskinləşməsi fonunda Azərbaycana hərbi yardım göstərməyə hazırdır.
FED.az xəbər verir ki, bu barədə "Ukrayna 24" telekanalının efirində Ali Radada "Xalqın xidmətçisi" partiyasını təmsil edən deputat Lyudmila Marçenko bildirib.
"Ukrayna bu gün Azərbaycanı müxtəlif arenalarda dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir", - o deyib.
"Bildiyim qədər, həm hüquqi sahədə, həm də resurs sahəsində yardım edirik, söhbət humanitar yardımdan gedir. Bu gün məhz ehtiyac duyulanların siyahısını tərtib etmək məsələsi nəzərdən keçirilir", - deputat əlavə edib (Report).