Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda tarix yazıblar.
Britaniya XİN Azərbaycan və Ermənistan arasındakı sülh prosesində irəliləyişin əldə olunmasını alqışlayır
FED.az xəbər verir ki, bunu fransız senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule deyib
“Mən çox şadam ki, Prezident Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Paşinyan tarixi sazişə nail olublar. Fransada siyasətçilərin 99,99 faizi kor-koranə erməni lobbisinin arxasınca getməsəydi, Fransa bu sülh prosesində həlledici rol oynaya bilərdi”, – deyə o bildirib.
Qulenin sözlərinə görə, Parisin son dərəcə birtərəfli mövqeyi onun danışıqlar prosesindən kənarlaşdırılması ilə nəticələnib.
“Ümidvaram ki, Fransa tezliklə Azərbaycanla yaxşı münasibətləri bərpa edəcək. Mən həmişə tarixin doğru tərəfində olduğum üçün qürur duyuram”, – senator vurğulayıb. (Trend)