Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması haqqında" fərmana əsasən Fondun vəsaitindən istifadə istiqamətləri qaydası müəyyənləşib.
Eləcə də bax: Azərbaycan Ordusuna Yardım Fondu yaradıldı – FƏRMAN
FED.az xəbər verir ki, Fondun vəsaiti aşağıdakı məqsədlər üçün istifadə edilir:
1. Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi;
2. hərbi texnika, silah və sursatın alınması;
3. hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi;
4. hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili;
5. hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi;
6. peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili.
Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.