Xəbər verildiyi kimi, Mill Məclis Fransanın anti-Azərbaycan fəaliyyəti, xüsusilə də dünən Fransa senatında Azərbaycana qarşı qəbul edilən qətnamı ilə əlaqədr olaraq Azərbaycan hökumətinə müraciət - çağırış edib.
FED.az xəbər verir ki, müraciətdə hökumətdən Fransaya qarşı siyasi və iqtisadi tədbirlərin görülməsi istənilir.
İqtisadi addımlar arasında Fransa rəsmilərinin Azərbaycandakı aktivlərinin dondurulması, fransız şirkətlərinin Azərbaycandakı layihələrdən kənarda qalması və Fransa şirkətləri ilə Azərbaycanın enerji sektorunda əməkdaşlığa yenidən baxılması (yəni bu əməkdaşlığın dayandırılması) da var.