Kansler postundan getməyə hazırlaşan Almaniyanın Xristian Demokrat İttifaqının rəhbəri Angela Merkel qərarının səbəbini açıqlayıb.
“Tass” agentliyinin xəbərinə görə, Kiyevdə ukraynalı tələbələrin suallarını cavablandıran Merkel rəhbəri olduğu partiyada gənclərə şərait yaratmaq və ölkənin idarəçiliyi ilə bağlı səlahiyyəti üzərlərinə götürmək imkanı vermək istədiyini deyib: “Qərarım onunla bağlıdır ki, 18 ildən çoxdur xristian demokratların arasındayam. Bəzən elə vaxt gəlib çatır ki, deyirsən “qoy məsuliyyəti bir az da digərləri üzərinə götürsün”. Yeni simalara şərait yaratmaq üçün bu qərarı verdim”.
Qeyd edək ki, Angela Merkel 13 ildir ki, hökumət başçısı postunu tutur.