Oktyabrın 4-də Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub.
FED.az xəbər verir ki, hoteli “PMD Projects” şirkəti inşa edir. Şirkətin direktoru Nəriman Topçubaşov prezident İlham Əliyevə mehmanxana barədə məlumat verərək bildirib ki, hotel Ağdamın turizm potensialı da nəzərə alınaraq müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.
Diqqətə çatdırıldı ki, 130 nömrədən ibarət olacaq beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq.
Prezident İlham Əliyev “City Hotel Agdam” mehmanxanasının təməlini qoyub.