ABŞ səfirliyi Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edib.
FED.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında qeyd olunub.
Eləcə də bax: Azərbaycanın bölgələrindəki istirahət mərkəzlərində – QİYMƏTLƏR
"ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır.
ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb", - deyə səfirliyin məlumatında bildirilib.