ABŞ İrana yenidən danışıqlara başlamağı və məsələləri ətraflı müzakirə etməyi təklif edib.
FED.az xəbər verir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziyasına verdiyi müsahibədə İran ilə yeni danışıqların vaxtının çatdığını bildirib.
B.Huk qeyd edib ki, ABŞ yeni müharibənin başlamasını istəmir və İrana yenidən, hərtərəfli danışıqlar aparmağı təklif edir. Onun sözlərinə görə, əgər danışıqlar başlasa və razılıq əldə edilsə, onda Konqres bu razılaşmanı ratifikasiya edəcək və razılaşma qanuni qüvvəyə minəcək.
Siyasi müşahidəçilərin fikrincə, B.Huk razılaşmanın Konqres tərəfindən təsdiq ediləcəyini bildirməklə onu demək istəyir ki, razılaşma qanunverici orqan tərəfindən təsdiqlənsə, heç bir prezident onu dəyişə bilməz. Bununla, ABŞ İrana zəmanət verir ki, yeni razılaşma olsa, rəsmi Vaşinqton ondan çıxmayacaq.
Rəsmi Tehran hələ ki, bu müraciətə cavab verməyib.
@azertag