Rayon və şəhər icra başçıları müxtəlif bəhanələrlə sahibkarlardan qanunsuz pul tələb edirlər.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev yerli TV-lərə müsahibəsində bildirib. Onun sözlərinə görə, bəzi icra başçıları abadlıq işləri adı ilə sahibkarlardan pul toplayırlar, dövlət başçısı bunu «qətiyyən qəbul edilməz» hal sayıb: «Belə abadlıq bizə lazım deyil, rüşvət almamalıdırlar. Əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ondan pul tələb edirlər. Son vaxtların tədbirləri bunu göstərdi».
Rüşvət üstündə həbs edilən icra başçılarından danışan dövlət başçısı bildirib ki, bu hallar yol verilməməsi ilə bağlı məmurlara xəbərdarlıq edib: «Mən xəbərdarıq eləmişdim, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İş inzibati cəza ilə məhdudlaşmayacaq».