Ordubad şəhərinin ağsaqqalı, 94 yaşlı Südeyif Hacıyev növbədənkənar prezident seçkilərində iştirak edib.
FED.az xəbər verir ki, o, 6 saylı Ordubad-Culfa seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
"Bu gün gəlib səs vermişəm. 7 övladım, 18 nəvəm, 5 nəticəm var. Onlar da seçkilərdə iştirak edəcəklər. Cənubi Koreyada təhsil alan nəvəm də orada səs verəcək. Ölkəmiz çiçəklənib, ərazi bütövlüyümüz təmin olunub, sakitlikdir", - deyən S.Hacıyev Naxçıvan TV-yə açıqlamasında seçkilərin şəffaf keçirildiyini bildirib.