ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanla bağlanmış kommersiya müqavilələrdən imtina etməyəcəklərini deyib. Tramp, Ağ Evdə jurnalistlərə ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri haqqında açıqlamalar verib.
Səudiyyə Ərəbistanı ilə bağladıqları kommersiya müqavilələrini davam etdirəcəklərini bildirən Tramp, "100 milyardlarla dollardan imtina etməyəcəyik. Əgər imtina etsək neft qiymətləri "tavan"a qalxacaq",- deyib. Tramp, özünün şəxsi olaraq Səudiyyə Ərəbistanla bir ticarət əlaqəsinin olmadığını bildirib.
ABŞ Prezidenti Tramp, "Səudiyyə Ərəbistanının mənimlə bir əlaqəsi yoxdur. Bu ölkədən 100 milyardlarla dollarlıq məhsul alırlar", ifadələrini istifadə edib.
Səudiyyə Ərəbistanına hərbi ləvazimat satılmaması halında Ər-Riyad rəhbərliyinin ehtiyacını Rusiya və Çindən qarşılayacağını dilə gətirən Tramp, "Rusiya və Çin bu vəziyyətdən çox-çox xoşbəxt olacaqdır",- deyib.