Ukrayna öz resurslarını ABŞ-yə və ya digər Qərb tərəfdaşlarına verməyi planlaşdırmır.
Tramp Ukrayna münaqişəsinin həllində “böyük irəliləyiş” əldə etdiyini açıqlayıb
FED.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində bildirib.
“Bu çox zəngin torpaqdır. Lakin bu o demək deyil ki, biz onu kiməsə, hətta strateji tərəfdaşlara verəcəyik. Biz tərəfdaşlıqdan danışırıq”, – o deyib.
V. Zelenskinin sözlərinə görə, Kiyev Vaşinqtona öz faydalı qazıntı yataqlarını verməyi deyil, onların birgə işlənməsi üzrə qarşılıqlı faydalı əməkdaşlıq aparmağı təklif edir.
“Ən çox amerikalılar kömək ediblər və buna görə də ən çox amerikalılar qazanmalıdırlar. Və onlarda bu prioritet olmalıdır və olacaq”, – Zelenski söyləyib və əlavə edib ki, bu barədə ABŞ Prezidenti Donald Trampla danışmaq istərdi.
Xatırladaq ki, fevralın 3-də Amerika lideri Vaşinqtonun Kiyevdən nadir torpaq metalları əldə etməkdə maraqlı olduğunu açıqlamışdı. (Report)