ABŞ Prezidenti Donald Tramp, Rusiya və Ukrayna arasında münaqişənin sona çatdırılması istiqamətində böyük irəliləyiş əldə edildiyini bildirib.
Asiya bazarları Trampın tarif müharibəsi ilə çökür
FED.az xəbər verir ki, “Biz Rusiyaya qarşı böyük irəliləyiş əldə etdik, Ukrayna ilə də nələr olacağını görəcəyik. Bu gülünc müharibəni dayandırmalıyıq,” deyə Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib.
O, ABŞ-a nadir torpaq minerallarının təminatını təmin etmək istədiyini və bu mineralların Ukrayna tərəfindən təhvil verilməsini arzuladığını qeyd edib.
Onun sözlərinə görə, Kiyev bu məsələdə razıdır.