ABŞ prezidenti Donald Tramp koronavirus epidemiüası və onunla bağlı görülən tədbirlərə münasibətini açıqlayıb.
Eləcə də bax: NATO-da koronavirusa ilk yoluxma halı - QEYDƏ ALINDI
FED.az xəbər verir ki, prezident koronavirus təhlükəsinin həddən artıq şişirdildiyinə idaşə edib. Onun sözlərinə görə, hər il ABŞ-da adi qripdən daha çox insan həlak olur və bu hal heç bir yerin bağlanmasına səbəb olmur.
«Ötən il qripdən 37 min amerikalı həlak olub. Orta hesabla hər il qripdən 27 mindən 70 minə yaxın insan vəfat edir. Heç bir yer bağlanmır, həyat və iqtisadiyyat davam edir. Hazırda koronavirusa yoluxma ilə bağlı 546 təsdiqlənmiş hal qeydə alınıb və 22 nəfər həlak olub. Bu barədə düşünün!»-deyə prezident yazıb.