ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə yayılmış fotosundan danışıb.
FED.az xəbər verir ki, Ağ Ev rəhbəri təyyarəyə qalxarkən cibində görünən 20 dollara aydınlıq gətirib. Tramp deyib ki, o, portmanatdan istifadə etmir. Həmçinin kredit kartları da olmadığından pulu cibində saxlayır. Tramp əlavə edib ki, mehmanxanalarda çay pulu verməyi də xoşlayır.
Eləcə də bax: Trampın atası və babası ABŞ-ın əmlak bazarını - NECƏ DƏYİŞDİLƏR?
Prezident bu cür kadrı tuta bildikləri üçün fotoreportyorları da tərifləyib.
Qafqazinfo