Tramplar ailəsinin developer biznesi nədən başlayıb və ABŞ-ın yeni prezidentinin valideynləri supermarketləri necə populyar etdilər?
Yoxsul dənizçi kəndi meqapolisə necə çevrildi? – DUBAYIN TARİXİ
ABŞ prezidenti Donald Tramp siyasi karyerasına qədər öz realiti-şousu ilə və Birləşmiş Ştatların ən ekstravaqant developerlərindən biri kimi tanınırdı.
FED.az xəbər verir ki, Tramp göydələnlər tikir və onları hökmən öz adı ilə adlandırır, eləcə də Amerikanın kurort şəhərlərində Tac-Mahal kimi məşhur binaların surətini yaradırdı. Hazırda dünyanın müxtəlif ölkələrində (son vaxtlara qədər Azərbaycanda da) üzərində «Tramp» brendi olan onlarla bina var –bu familiya dərhal diqqəti cəlb edir və milyardçı-siyasətçini yada salır.
Eləcə də bax: "Vətənimi sataram" - Ölkələr ərazilərini necə satırlar - BİZNES TARİXİ
Hərçənd, hazırda planetin bütün nöqtələrində göydələn tikən developer şirkətinin əsl baniləri Donald Trampın nənəsi Elizabet Krayst Tramp və onun həyat yoldaşı Fridrixa Tramp idilər. Onların işini yeni prezidentin atası Fred Tramp davam etdirib. Və yalnız onun ölümünən sonra 1999-cu ildə çoxmilyonluq şirkət tamamilə Donald Trampın nəzarətinə keçdi.
Trampın ata-babasından Birəşmiş Ştatlardakı onlarla uğurlu layihə miras qalmışdı. Hərçənd bütün bunlar ailənin ABŞ-ı emiqrasiyasından başlayıb.
Miqrant-Tramplar Amerikanı fəht edir
ABŞ-ın yeni seilmiş prezidenti Donald Tramp miqrantlara qarşı bəyanatları ilə məşhurdur: o dəfələrlə vəd edib ki, Meksikadan gələn əmək miqrantlarının qarşısını alacaq, Suriya qaçqınlarını isə geriyə, öz ölkələrinə göndərəcək. Baxmayaraq ki, Trampların özləri də vaxtilə Amerikaya köçən miqrantlardır. Donaldın babası ABŞ-a Almaniyadan gəlib. Amerikan vətəndaşlığı alana qədər ailənin soyadı Drumpf idi. Fridrixin (yeni prezidentin babasının) Amerikaya gələşi zamanı isə gömrükçülər onun soyadını Trumpf kimi yazmışdılar.
40 dolları 10 milyon dollara çevirənlər – BİR BANKİR BÜTÖV ŞƏHƏRİ NECƏ MİLYONÇU ETDİ?
Gələcək prezidentin babası Almaniyanın Kalştadt kommunasında anadan olub. Həmin vaxt bu ərazi Bavariya Krallığına daxil idi. 16 yaşı tamam olanda Fridrix məcburi hərbi xidmətdən yayınmağı qərara aldı və buna görə də ölkədən qaçdı: o gizlicə evdən çıxaraq Atlantik okeanının o tayına üzən paraxoda əyləşdi.
Miqrantların çoxu kimi, Fridrix də ölkəyə Nyu-Yorkdan daxil olur
Nəticədə o Sietldə məskunlaşır — burada böyük-Tramp restoran açır. 1892-ci ildə Fridrix ABŞ vətəndaşlığı almaq üçün hakimiyyət nümaynədələrinə öz yaşı və ABŞ-a daxil olduğu tarix barədə yalan məlumat verir. Beləliklə, Tramplar amerikan vətəndaşına çevrilirlər.
Evlərİ dəyər-dəyməzinə satıb tülpan alırdılar - "TÜLPAN FACİƏSİ" - BİZNES TARİXİ
Daşınmaz əmlak sahəsində Fridrixin yeni layihəsi «Qızıl qızdırması» dövründə Yukon ştatında mehmanxanaların açılması olur: qızılaxtaranlar bu mehmanxanalarda qalır və yenicə yuyulmuş qızıllarını xərcləyirdi, Tramp isə uğurla pul qazanırdı.
XX əsrin əvvəllərində Fridrix bir neçə dəfə Almaniyaya qayıdır: əvvəlcə o burada özünə həyat yoldaşı tapır, sonra isə vətəninə qayıdaraq burada yaşayır. Çünki həyat yoldaşı Nyu-Yorku xoşlamır.
Fironların, şahların və xəlifələrin layihəsi - SÜVEYŞ KANALININ TARİXİ
Buna baxmayaraq alman hökuməti Trampları qəbul etməkdən imtina edirlər. Vətəndə Fridrixi hərbi xidmətdən yayınmaqda günahlandıraraq ölkədən çıxarırlar: 1905-ci ildə Donald Trampın babası və nənəsi Atlantik okeanını keçib ABŞ-a qayıtmaq üçün yenidən paraxoda əyləşirlər. Həmin vaxt Fridrix indiki qiymətlərlə götürəndə təqribən 500 min dollar qazanmışdı.
ABŞ-a qayıdan Tramplar sakit oturmadılar
1908-ci ildə Fridrix Tramp Birləşmiş Ştatların şərq sahilində torpaqları əlinə toplamağa başladı: sahibkar Bruklin və Kvinsdə torpaq sahələri alır, paralel olaraq Manhettendəki otellərdən birinin muzdlu meneceri işləyirdi. 1918-ci ildə Fridrix pnevmoniya xəstəliyindən vəfat edir. Həmin vaxt Tramp ailəsinin Kvinsdə ikimərtəbəli mülkü, tikinti üçün ayrılmış 5 torpaq sahəsi və 14 ipoteka istiqrazı vardı. Fridrixin işini onun xanımı və oğlu davam etdirdi.
Həddi-buluğa çatmamış biznesmen
Fridrix vəfat edəndə onun oğlu Fred Trampın (indiki prezidentin atasının) cəmi 13 yaşı var idi. Hələ onda yeniyetmə kuryer və mehtər köməkçisi işləyirdi, sonra dülgərlik sənətini öyrəndi.
Buna baxmayaraq atasının developer ambisiyaları Fredə rahatlıq vermirdi: cəmi 15 yaşı olanda Fred Tramp 800 dollar kredit götürərək onu Vudheyven şəhərciyində ev tikintisinə yatırdı və cəmi 3 ildən sonra hazır binanı 7 dollara satdı.
Amma Fredin 21 yaşı olmadığına görə, o müstəqil şəkildə sənədləri imzalaya və podratçılara çek verə bilməzdi. Ona görə də, gənc sahibkar öz şirkətini «Elizabet Tramp və oğlu» (Elizabeth Trump & Son) adlandırdı. Rəsmi sənədlərə görə, biznesin idarəçisi onun anası idi.
9 qat qazanc gətirən ilk uğurundan sonra hələ də yetkinliyə çatmayan Fred Tramp Kvinsdə evlərin tikintisi ilə məşğul olmağa başladı. Trampın tikdiyi evlərin fərqli cəhəti o idi ki, onlar vahid qiymətə - 3999,99 dollara satılırdılar. Bu gediş sahibkara öz rəqiblərindən seçilməyə imkan verdi. «Qiymət cəmi bir sent baha olsaydı – evlər satılmayacaqdı», — deyə biznesmen gedişinin səbəbini izah edirdi.
Azərbaycan səfiri Britaniya Kralından niyə borc istəmişdi? - TARİX
Kasıb amerikanlar üçün kütləvi evlərin tikintisindəki nailiyyətlərinə görə, qəzetlər gənc sahibkarı «tikintinin Henri Fordu» adlandırdılar. Qeüyd edək ki, məşhur «Ford» şirkətinin sahibi də avtomobil istehsalını konveyerə qoymaqla onan qiymətini alıcılar üçün əlçatan etmiş və avtomobilləri kütləviləşdirmişdi.
Artıq həmin vaxt Tramp öz parlaq jestləri lə rəqiblərindən seçilirdi. Məsələn, öz evlərinin reklamında Fred amerikanları fərqli olmağa, kirayə evlərdə yaşamaqdansa, ipoteka krediti götürərək öz evlərində yaşamağa çağırırdı. Trampı hətta lisenziyasız reklam fəaliyyətinə görə məhkəməyə də vermişdilər – amma hakim cəmi 2 dollar məbləğində cərimə ilə kifayətləndi. 1927-ci ildə, yəni oğlunun ABŞ prezidentliyinə başlayacağı tarixdən düz 90 il əvvəl və daşınmaz əmlak sahəsində biznesini qurduqdan 7 il sonra Fred Tramp nəhayət Elizabeth Trump & Son şirkətinin tamhüquqlu sahibi və direktoru oldu. Həmin vaxt iş adamının cəmi 22 yaşı var idi!
Trampın oxşar evləri
İkinci Dünya Müharibəsinin başlanması biznes üçün yeni perspektivlər açdı: əsgərlərin yerləşdirilməsi üzrə dövlət proqramı çərçivəsində Fred Tramp əvvəl Virciniyada, sonra isə ölkəni mindən artıq mənzil tikib satdı. Müharibədən sonra isə biznesmen artıq müharibə veteranları üçün Bruklində evlər tikirdi.
370 il əvvəlki istiqraz hələ də pul gətirir - TARİX
1963-64-cü illərdə Nyu-Yorkda Trampın adını daşıyan ilk məhəllə yarandı: Atlantik okeanının sahilindəki Koni-Aylend ərazisində, Tramp yeddi 23-mərtəbəli qüllədən ibarət olan və 2,7 mənzili birləşdirən böyük yaşayış kompleksi saldı. «Trump Village» mikrorayonu indinin özünədək dünyada yeganə yaşayış kompleksi sayılır ki, Donald yox, Fred Trampın şərəfinə adlandırılıb.
Hərçənd, üzərində «Tramp» lövhəsi asılmış ilk daşınmaz əmlak obyekti yaşayış evi deyil, supermarket olmuşdu. Fred Tramp bu mağazanı hələ 1933-cü ildə Vudxeyvendə açmışdı.
«Tramp» supermarketi dünyada bu formatda olan ilk mağazalardan idi. Supermarket «Özünə qulluq etməklə qənaət et!» devizi ilə reklam olunurdu. Məsələ bundadır ki, Böyük Depressiya illərində, amerikalıların gəlirləri kəskin azalanda belə mağazalar dərhal populyarlaşdı.
Supermarket fəaliyyətə başlayandan cəmi 6 ay sonra Fred «Trump Market»i sürətlə genişlənən «King Kullen» şəbəkəsinə satdı. Əlbəttə ki, şəbəkə bu mağazanın adını dərhal dəyişdi.
Buna baxmayaraq, Tramp onsuz da riteyl tarixində özünəxidmət mağazalarının inkişafına böyük təkan verən insan kimi qalıb.
Ötən əsrin 50-60-cı illərində Fred Trampın biznes-imperiyası bir-birinə oxşar məhəllələrin hesabına böyüyürdü. Buradakı mənzillər bir qədər sovet «xruşşovka»larını xatırladırdı. Fərq yalnız onda idi ki, Trampın evlərinin sakinləri ona kirayə haqqı ödəyirdilər: əlçatan mənzil proqramı çərçivəsində iş adamı öz binalarındakı mənzilləri amerikalı qulluqçulara kirayəyə verirdi.
Yeni biznes: XXI əsrin yataqxanası - KOLİVİNQLƏR
1968-ci ildə isə «Elizabeth Trump & Son» şirkətində tarixi hadisə baş verdi. Şirkətin idarə heyətinin tərkibinə şirkətin yaradıcısının nəvəsi – Donald Tramp daxil oldu. Həmin vaxt gələcək prezidentin cəmi 22 yaşı vardı. 1974-cı ildə Donald Tramp şirkətin prezidenti vəzifəsində atasını əvəz etdi. Tezliklə, o şirkətin də adını dəyişərək «The Trump Organization» etdi.
Tramp öz karyerasına atası kimi – kirayə evlər tikməklə başladı.
Onun Bruklində, Kuinsdə və Staten-Aylenddə evləri vardı. Donaldın ilk layihələrindən biri isə Ohayo ştatının Tsinsinatti şəhərindəki 1200 mənzillik yaşayış kompleksinin modernizasiyası oldu. Həmin vaxt yaşayış kompleksindəki mənzillərin 66%-i boş idi. Donald isə onların hamısını kirayəyə verib kompleksi 12 milyon dollara satdı və 6 milyon təmiz qazanc götürdü.
Gənc milyonçu ölkə qanunevriciliyindəki imkanlardan və şəhərlərdə tikintiyə verilən vergi güzəştlərindən bacarıqla istifadə edərək iri tikinti layihələrini uğurla reallaşdırırdı. Maraqlıdır ki, onun bəzi layihələri əvvəlcədən nəzərdə tutulan məbləğdən daha az vəsaitlə həyatm keçirilirdi. Məsələn, Nyu-Yorkda Ceykob Cevits Konfrans Mərkəzinin tiknitisində şəhər rəhbərliyi bu layihənin 1 milyard dollara başa gələcəyin bildirsə də, Tramp bildirdi ki, ona cəmi 110 milyon dollar tələb olunur və təklif etdi ki, həmin məbləğə mərkəzi tikməyi ona tapşırsınlar – meriya bu təklifi rədd etdi.
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Oxşar vəziyyət Nyu-Yorkdakı buz meydançasının təmirində yarandı. 6 illik işdən və 12 milyon dollar xərcləyəndən sonra işləri şəhər rəhbərliyi işləri Trampa tapşırmağı qərara aldı. Gənc milyonçu bu işi cəmi 6 aya, üstəlik nəzərdə tutulan 3 milyon dollar əvəzinə 2,2 milyon dollara başa vurdu.
1989-97-ci illərdə maliyyə böhranı səbəbindən Tramp da borclarını ödəyə bilmədi.
O özünün 3-cü kazinosu olan «Tramp Tac-Mahal»ın tikintisi üçün 1 milyard dollar yatırmışdı. Pulların əksəriyyəti istiqraz buraxmaqla cəlb olunmuşdu. Amma istiqrazlar üzrə faizləri ödəyə bilməməsi Trampın şirkətini müfhis etməklə yanaşı, onun şəxsi müflisliyi təhlükəsi yaratdı. Donald bu vəziyyətdən yalnız kazinonun 50%-ni borclularına verməklə çıxa bildi. 1992-ci ildə isə eyni vəziyyət «Tramp-Plaza, Atlantik-Siti» oteli ilə baş verdi və Tramp bur otelin də 49%-ni 5 borclusuna güzəştə getməli oldu. 1997-2007-ci illər isə Tramp üçün yüksəliş dövrü sayılır. Həmin illərdə Trampın dünyanın müxtəlif ölkələrində tikinti layihələri işə düşür, onun adı verilən göydələnlər isə dünyanın ən prestijli əmlaklarına, «Tramp» brendi isə əmlak dünyasının 1 nömrəli brendinə çevrilir.
Ümumiyyətlə, fəaliyyəti dövründə Donald Trampın enişləri və yüksəlişləri bir-birini əvəz etsə də, bacarını, işgüzar hissiyyatı, investorların ona inamı və əlbəttə ki, qanunvericilikdə mövcud olan imkanların hesabına həmişə vəziyyətdən çıxa bilib.
İlham Əliyevin ermənilərdən danışanda həmişə istinad etdiyi - KÜRƏKÇAY MÜQAVİLƏSİ – TAM MƏTN
Eksentrik developer-milyardçı öz ailəsinin işini uğurla davam etdirdi və böyük developer imperiyası yaratdı. Hazırda dünyada çoxlu sayda göydələn onun adını daşıyır. Yeni seçilmiş prezident, vəzifələrinin icrasına başlamazdan əvvəl biznesin idarəçiliyindən imtina edib, prezidentliyi bitəndən sonra isə yenidən öz developer biznesinə davam edəcək.
Xatırladaq ki, ABŞ-ın Respublikaçılar partiyasının nümayəndəsi olan 70 yaşlı milyardçı Donald Tramp noyabrın 8-də keçirilən prezident seçkilərində qalib gələrək ABŞ-ın növbəti prezidenti seçilib.
Həkim çörək yeməyi qadağan etdi – 11 milyon dollarlıq - BİZNES QURDULAR