Rusiya prezidenti Vladimir Putin yüksək inflyasiyaya görə, əhaliyə əlavə dəstək tədbirlərinin hazırlanması üçün hökumətə göstəriş verib.
FED.az xəbər verir ki, Putin bunu Dövlət Dumasının yeni heyəti ilə görüşdə açıqlayıb.
Tapşırığa əsasən hökumət 1 ay ərzində əhalini qiymət artımından qorumaq üçün sosial dəstək tədbirlərinin layihəsini prezidentə təqdim etməlidir.
«Bu il biz pensiyaçılara və məktəblisi olan ailələrə birdəfəlik ödənişlər etmişik. Hökumətə tapşırıram ki, bir ay ərzində vətəndaşlara sosial dəstəklə bağlı əlavə tədbirlər hazırlasın. Yüksək inflyasiya olduğuna görə, buna ehtiyac var. Bu təkliflərə yaxın vaxtlarda mənim iştirakımla müşavrədə baxacağıq».
Prezident bildirib ki, bu il Rusiyada qiymət artımı hökumətin planlaşdırdığı 5,8%-dən artıq olacaq. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı demək olar ki, pandemiya böhranından əvvəlki vəziyyətinə qayıda bilib, amma yüksək inflyasiya əhalinin rifahına mənfi təsir edir.