Belarus Prezidenti Lukaşenka bildirib ki, Zelenski Putinlə müqavilə bağlamasa, təslim aktı (kapitulasiya aktı) imzalamalı olacaq.
Eləcə də bax: Rusiya və Ukrayna müharibəni dayandıracaq – ŞƏRTLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Belarusun BelTA agentliyi xəbər verir.
Lukaşenko deyib ki, Putin Zelenskiyə razılaşmanın tamamilə məqbul variantını təklif edir.
Həmçinin Lukaşenko bildirib ki, son bir həftə ərzində Ukraynadan Belarusa doğru iki “Toçka-U” raketi buraxılıb.
Lukaşenko Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının tezliklə başa çatacağına və sülhün əldə olunmasına ümid edir.
Lukaşenko deyib ki, Ukrayna Belarusa qarşı eskalasiyanı davam etdirsə, Minsk bunu cavabsız qoymayacaq.
Lukaşenko bildirib ki, Qərb Belarusu Ukrayna münaqişəsinə cəlb edə bilməyəcək. (Marja)