Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Digər

  1. Ana səhifə
  2. Digər
  1. Digər

“Məqsəd pul olsa, motivasiya bir yerdə sönəcək” - MÜSAHİBƏ

“Məqsəd pul olsa, motivasiya bir yerdə sönəcək” - MÜSAHİBƏ | FED.az
14:10 20 Fev 2022

Mentorlarından biri ona "Çalışdığın sahə ilə bağlı 28-29 yaşa kimi yaxşı bir baza yığ. Səni növbəti yaşlarına o baza aparacaq” deyib. O da həmişə o fikri əsas götürməyə çalışdığını bildirir. Deyir ki, baza yaxşı olmazsa, karyeranın növbəti illərində irəliləmək çətin olar. "Hələ gənclik yaşı bitməyib, o baza üstündə işləmək üçün vaxtım var” deyən müsahibimiz bu il Gənclər günündə Prezident mükafatına layiq görülən azərbaycanlı gənc Əliqənbər Xəlillidir.

Amerikadakı azərbaycanlı: Ofisiant işlədiyi restoranı aldı- “Çətini ilk milyonu qazanmaqdır” - MÜSAHİBƏ

Bildirək ki, Ə.Xəlilli hazırda remote olaraq ABŞ-ın "Toptal” şirkəti üçün çalışır.

Əliqənbər 1994-cü ildə Neftçalanın Xıllı qəsəbəsində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. 

Ofisiantlıqdan CEO-luğa yüksəlmiş qadından - 6 MƏSLƏHƏT

"Kənddəki məktəbimizdə informatika müəllimi yox idi”
- 9-cu sinifdə oxuyanda, 2009-cu ildə fizika üzrə ən istedadlı şagirdlərin içərisində adınıza rast gəldik. Söhbətə elə fizikaya marağınızla başlayaq.
- Mən kənddə böyümüşəm, orta təhsilimi də kənd məktəbində almışam. O vaxt məktəbimizdə informatika müəllimi yox idi ki, bizi o istiqamətə yönləndirsin. Söhbət 2007-ci ildən gedir. Amma güclü bir fizika müəllimimiz var idi. O, 7-ci sinifdən etibarən bizi fənn üzrə olimpiadalara cəlb etdi. 7-ci sinifdə fizika olimpiadası olmadığı üçün həmin il riyaziyyat üzrə olimpiadaya qatıldım. Riyaziyyat fənni üzrə rayon birincisi oldum. 8-ci sinifdən sonra artıq olimpiadaya fizika üzrə qatıldım, rayon birincisi oldum. 8-ci sinfə qədər respublika olimpiadası olmurdu. 9-10-cu siniflərdə artıq respublika olimpiadasının qalibi oldum. 9-cu sinifdə həm də siz qeyd etdiyiniz yarışda qaliblərdən olmuşdum. 11-ci sinifdə universitetə hazırlaşdım deyə, olimpiadalara fokuslana bilmirdim.

- Məktəbdə informatika müəllimi olmayıb. Bəs kompüter mühəndisliyi sahəsinə yönəlməyiniz, bu sahə ilə tanışlığınız necə oldu?

Toy qızıllarını sataraq icarəni ödədi – BİZNES QURDU - İŞ ADAMININ TARİXÇƏSİ - VİDEO

- O vaxt nə kəndlərdə internet indiki kimi deyildi, nə də hər evdə kompüter yox idi. Bir qohumum köhnə kompüterini mənə hədiyyə etmişdi. O kompüterdə işlədikcə, araşdırdıqca məndə daha çoxunu öyrənmək istəyi yaranırdı. Elə oldu ki, məktəb dövründə bu sahəni araşdırdım. C# dilində obyekt yönümlü proqramlaşdırma konseptləri və paralel proqramlaşdırma mexanizmlərini öyrənməyə başladım. Hardasa 13-14 yaşımda ilk proqramımı yazmışdım. Ali təhsil üçün də seçimim kompüter mühəndisliyi oldu.

- 13-14 yaşdan proqram yazmağa başlamısınız, müəyyən qədər bu sahədən məlumatınız olub. Bəs universitet dövrünü necə keçirdiniz?
- Müəllimlərimiz tərəfindən daha çox Lütfi Zadənin "Qeyri-səlis məntiq nəzəriyyəsi” fokusunda istiqamətləndirilirdik. O sahə mənim üçün maraqlı idi. Amma təkcə universitet dərsləri ilə kifayətlənmirdim. İnternetdə eyni fənnin başqa xarici universitetlərdə ingilis dilində olan dərslərini götürürdüm, onları öyrənirdim.

İkinci kursun sonundan artıq yarımştat kompüter mühəndisliyi, informasiya texnologiyaları üzrə işləməyə başladım. Çalışdığım şirkət dövlət layihələri və s. götürürdü. Mən o layihələri aparıcı mühəndis olaraq aparırdım. Tələbəliyin sonunda mühəndislikdən başladığım şirkətdə komanda rəhbəri oldum. Universiteti bitirəndən sonra bir il orda çalışdım, daha sonra mobil operatorlardan birində proqramçı mühəndis olaraq işə başladım. Sonra həmin şirkətdə məhsul və servislərin idarəolunması qrupunun texniki koordinatoru və həmin qrupun rəhbəri vəzifəsində çalışdım.
"Süni intellekt sahəsində daha çox təcrübə qazanmalı olduğumu düşündüm”
- Növbəti iş yeriniz də "Toptal”dır?
- Bəli, süni intellekt sahəsində daha çox təcrübə qazanmalı olduğumu düşündüm. Burda isə bir az xarici təcrübəyə ehtiyac var. Ona görə belə seçim etdim. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çərçivəsində süni intellekt laboratoriyası var. Bu sahədə xarici təcrübənin ölkəmizə gətirilməsi üçün çalışırlar. Onlar müxtəlif xarici şirkətlərlə, mütəxəssislərlə əməkdaşlıq edirlər. Mən də onlarla əməkdaşlıq edirəm. Orda uşaqların bu istiqamətdə yetişdirilməsinə, xarici təcrübənin bura gətirilib formalaşdırılmasına dəstək oluram.

- Süni intellekt sahəsinə yönəlmək. Bura hansı ideyalarla, hansı gözləntilərlə keçmisiniz?
- Süni intellekt beynin istəyidir. Beyniniz bunu istəyirsə, yönəlirsiniz. Pul qazanmaq üçün fokuslanacaq sahə deyil. Çünki bu sahədə nəticəni birdən-birə görə bilmirsiniz. Mən iki-üç il dayanmadan çalışandan sonra nəticə görməyə başlamışam. MIT, Stanford, Berkeley kimi universitetlərin riyaziyyat, alqoritm və maşın öyrənilməsi ilə əlaqəli bütün kurslarını demək olar ki, bitirmişəm. Motivasiya bəzən qaça bilər. Adam həmişə eyni tempdə olmur. Əgər məqsəd pul olsa, motivasiya bir yerdə sönəcək.

"Gələcəkdə ölkəmiz üçün daha faydalı şəxslərdən ola bilərəm”
- "Geeks for Geeks”, "Codeforces”, "MIT Technology Review” kimi sahənizlə bağlı bloqlar üçün materiallar da yazdığınız qeyd olunmuşdu. Bloq yazmaq marağı necə yarandı?
- Mən 10-15 müxtəlif resursdan istifadə edərək öyrənirdim. Üstəlik də o məlumatları oxuyarkən yaranan suallar olurdu ki, onları da araşdırırdım. Əldə etdiyim o tam məlumatları paylaşmaq istəyirdim. Üstəlik, necə təqdim olunması da önəmlidir. Öyrəndiklərimi fərqli bir formada vizuallaşdırıb təqdim etməyə çalışıram. Elə adam var dinləyərək, elə adam da var ki, oxuyaraq daha yaxşı öyrənir. Ancaq vizuallıqdan öyrənmə faizinin daha çox olduğunu düşünürəm. Əvvəl fərqli bloqlar üçün yazırdım. Hazırda öz bloqum üzərində işləyirəm.

Mənbə: "Kaspi" qəzeti

Banner
Banner
  • Əliqənbər Xəlilli
  • Toptal
  • ABŞ şirkəti
  • Kompüter mühəndisi
  • müsahibə
Paylaş

Digər xəbərlər

Şəkər tozu qiymətləri son 6 ilin ən yüksək zirvəsində
Digər 23 Mart 2023
Şəkər tozu qiymətləri son 6 ilin ən yüksək zirvəsində
"İndiyə qədər 80 min TOGG avtomobili sifariş verilib"
Digər 23 Mart 2023
"İndiyə qədər 80 min TOGG avtomobili sifariş verilib"
BMT: Dünya əhalisinin dörddə birindən çoxunun təhlükəsiz içməli suya çıxışı yoxdur
Digər 23 Mart 2023
BMT: Dünya əhalisinin dörddə birindən çoxunun təhlükəsiz içməli suya çıxışı yoxdur
Rusiyaya məxsus yük gəmisi Finlandiya limanında saxlanılıb
Digər 23 Mart 2023
Rusiyaya məxsus yük gəmisi Finlandiya limanında saxlanılıb
2022-ci ildə qlobal təbii fəlakətlərin vurduğu ziyanların məbləği açıqlanıb
Digər 23 Mart 2023
2022-ci ildə qlobal təbii fəlakətlərin vurduğu ziyanların məbləği açıqlanıb
İki ölkə Putini həbs edəcəyini bildirdi – UKRAYNAYA GÖRƏ HƏBS ORDERİ İŞƏ DÜŞDÜ
Digər 20 Mart 2023
İki ölkə Putini həbs edəcəyini bildirdi – UKRAYNAYA GÖRƏ HƏBS ORDERİ İŞƏ DÜŞDÜ
913 min qazanan şəxs: "Yuxuda görmüşdüm ki, 900 min udmuşam, bir milyon deyildi deyə deyinirdim" - VİDEO
Digər 18 Mart 2023
913 min qazanan şəxs: "Yuxuda görmüşdüm ki, 900 min udmuşam, bir milyon deyildi deyə deyinirdim" - VİDEO
Azərbaycan məhsullarının İsveçrəyə idxalını qadağan etmək tələbi - RƏDD EDİLDİ
Digər 17 Mart 2023
Azərbaycan məhsullarının İsveçrəyə idxalını qadağan etmək tələbi - RƏDD EDİLDİ
Paşinyan: “Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”
Digər 16 Mart 2023
Paşinyan: “Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”
KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
Digər 16 Mart 2023
KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
Ramiz Zeynalovun həkim qardaşı - İŞDƏN ÇIXARILDI
Digər 15 Mart 2023
Ramiz Zeynalovun həkim qardaşı - İŞDƏN ÇIXARILDI
Azərbaycandan Paşinyana - CAVAB
Digər 15 Mart 2023
Azərbaycandan Paşinyana - CAVAB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Bakıda orta aylıq əməkhaqqı 1087 manat olub - RƏSMİ
    17:06 29 Mart 2023
  • Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”
    16:57 29 Mart 2023
  • “Uğur” dönər evi bağlandı - QANUNSUZ İŞLƏYİRMİŞ
    16:53 29 Mart 2023
  • Azərbaycanda bu sığorta növü üzrə ödənişlər 4 dəfə artıb
    16:51 29 Mart 2023
  • Nazir: "Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir"
    16:50 29 Mart 2023
  • Növbəti üç gündə Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ - XƏBƏRDARLIQ
    16:41 29 Mart 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 3 NƏFƏR VƏFAT ETDİ
    16:39 29 Mart 2023
  • Maliyyə Nazirliyində - YENİ TƏYİNAT
    16:36 29 Mart 2023
  • Avtomobillərin icbari sığortası üzrə zərər azalıb – AMMA VƏZİYYƏT TEZLİKLƏ DƏYİŞƏCƏK
    16:33 29 Mart 2023
  • “Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
    16:30 29 Mart 2023
  • Azərbaycan Formula-1 turistləri üçün - VİZA ŞƏRTLƏRİNİ SADƏLƏŞDİRDİ - SƏRƏNCAM
    16:26 29 Mart 2023
  • İlham Əliyev Fazil Mustafaya sui-qəsd cəhdini nəzarətə götürüb - PREZİDENTİN KÖMƏKÇİSİ DEPUTATLA GÖRÜŞDÜ
    16:20 29 Mart 2023
  • “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları - AŞKAR EDİLDİ
    16:14 29 Mart 2023
  • Şirkətlər üçün ən sərfəli sığorta növü – YIĞIMLARI KƏSKİN ARTIB
    16:11 29 Mart 2023
  • Yelo Bank kəndlərdə futbolun inkişafına - DƏSTƏK OLUR!
    16:08 29 Mart 2023
  • Azərbaycandan tranzit keçən avtomobillərdən yol vergisi alınacaq - MƏBLƏĞLƏR
    16:02 29 Mart 2023
  • Pepsi loqosunu yenilədi - FOTO - VİDEO
    15:56 29 Mart 2023
  • Qanunsuz tikilən fərdi evlərə - QAZ, SU, İŞIQ VERİLMƏYƏCƏK - YENİ QANUNLAR
    15:47 29 Mart 2023
  • Mərkəzi Univermağın sahibi - VƏFAT ETDİ
    15:25 29 Mart 2023
  • FHN hava ilə bağlı əhaliyə - MÜRACİƏT ETDİ
    15:20 29 Mart 2023
  • Dövlət qurumu bina icarəsi üçün fiziki şəxsə 348 min manat ödəyəcək - TENDER NƏTİCƏSİ
    15:14 29 Mart 2023
  • 3000-dən çox müəllimin maaşına - 35 FAİZ ƏLAVƏ OLUB
    15:11 29 Mart 2023
  • ABŞ və Yaponiyaya məhsul ixrac edən sahibkar qadın: «Cəmi 120 kvadratmetrdə qorxa-qorxa istehsala başladıq» -  VİDEO
    15:05 29 Mart 2023
  • Naxçıvan da kartla işləməyə başladı - NAĞDSIZ TİCARƏT 2,7 DƏFƏ ARTDI
    15:02 29 Mart 2023
  • Azərbaycanda 88 dövlət əmlakı hərraca çıxarılacaq - SİYAHI
    14:57 29 Mart 2023
  • Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə - MÜVƏKKİL İLƏ GÖRÜŞDÜ
    14:53 29 Mart 2023
  • AvtoVAZ Sankt-Peterburqdakı zavodda Lada istehsalına başlayacağını - ELAN ETDİ
    14:49 29 Mart 2023
  • Bakı Şəhər Heyvanat Parkı - TENDER ELAN EDİR
    14:46 29 Mart 2023
  • “Evrostroy” Azərbaycan bazarına çıxmaqda maraqlıdır
    14:42 29 Mart 2023
  • "Bakinşaat Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:36 29 Mart 2023
  • “Air Moldova” Kişineu-Bakı istiqamətində - BİRBAŞA REYS AÇIB
    14:36 29 Mart 2023
  • "Araz Supermarket" - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:29 29 Mart 2023
  • “Bizdə dərman Türkiyədən ucuzdur” dedi - Komitə sədri etiraz etdi
    14:20 29 Mart 2023
  • Oğuz Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    14:18 29 Mart 2023
  • Həbsdə olan sabiq icra başçısının - CƏZASI AZALDILIB
    14:14 29 Mart 2023
  • "Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır" - RƏSMİ
    14:10 29 Mart 2023
  • "ASK Poliqrafiya" MMC "CTS-Agro"nu - MƏHKƏMƏYƏ VERİB
    14:09 29 Mart 2023
  • Prezident avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırdı - SƏRƏNCAM
    14:06 29 Mart 2023
  • Yağış yağacaq - SABAHIN HAVA PROQNOZU
    13:06 29 Mart 2023
  • Azərbaycanda fermerlər üçün əkin kalkulyatoru - İSTİFADƏYƏ VERİLİB
    13:03 29 Mart 2023
  • Hökumət yeni sənəd hazırlayır - Dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək
    12:59 29 Mart 2023
  • Ələt Azad İqtisadi Zonasında bir neçə - ƏCZAÇILIQ FABRİKİ TİKİLƏCƏK
    12:55 29 Mart 2023
  • “Azərişıq” şirkəti “Ev Qur” mağazasının, sement zavodunun və balıqçılıq təsərrüfatının enerjisini taladığını bildirir - VİDEO
    12:48 29 Mart 2023
  • 3 qadın sahibkara maliyyə dəstəyi veriləcək - BİZNESDƏ QADINLARIN GÜCÜ
    12:45 29 Mart 2023
  • Əhliman Əmiraslanov: "Dərmanların ölkəyə gətirilməsi ilə bağlı bürokratik əngəllər aradan qaldırılmalıdır"
    12:45 29 Mart 2023
  • Şəki Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    12:40 29 Mart 2023
  • Azərbaycanda 140-a qədər İsrail şirkəti - FƏALİYYƏT GÖSTƏRİR
    12:40 29 Mart 2023
  • Daşkəsən Dəmir Filiz söküntü işləri üçün 944,2 min manat xərcləyəcək - TENDER NƏTİCƏSİ
    12:29 29 Mart 2023
  • Belarusdan Azərbaycana gətirilən kartofda - VİRUS TAPILDI
    12:26 29 Mart 2023
  • Yerli şirkət "Azəriqaz"ı - MƏHKƏMƏYƏ VERDİ
    12:23 29 Mart 2023
  • "Tac Mahal" MTK "Azərişıq"ı - MƏHKƏMƏYƏ VERDİ
    12:18 29 Mart 2023
  • Əli Əsədov və Fuat Oktay Hökumətlərarası Komissiyanın işinə dair müzakirə aparıb
    12:10 29 Mart 2023
  • Dərmanların dövlət qeydiyyatına alınması - QAYDASI DƏYİŞİR
    12:04 29 Mart 2023
  • Xarici KİV: “Rusiyada iqtisadi böhran başlayıb”
    11:58 29 Mart 2023
  • Vergi ödəyicilərinin elektron kabinetə daxil olmaq qaydası dəyişir - XİDMƏTDƏN AÇIQLAMA
    11:56 29 Mart 2023
  • Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 138 milyon manat - İNVESTİSİYA YATIRILACAQ
    11:54 29 Mart 2023
  • Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının - Yeni Modelini Hazırlayır
    11:50 29 Mart 2023
  • Naxçıvanda 2 yeni yaranan milyonluq şirkətlər bölündü
    11:46 29 Mart 2023
  • Türk lirəsi ucuzlaşmaqda - DAVAM EDİR
    11:44 29 Mart 2023
  • "Togg"un nə qədər sifariş aldığı - AÇIQLANDI
    11:38 29 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!