Rusiyalı ekspert Sergey Markov Ermənistanın Rusiyadan üz döndərib «onun düşmənlərinin – yəni ABŞ və Fransanın tərəfinə keçmək istədiyini» açıqlayıb.
Eləcə də bax: Putin: “Biz sülhün tərəfdarıyıq, ancaq İrəvanı nəyəsə məcbur edə bilmərik”
FED.az xəbər verir ki, rusiyalı ekspert Soçi görüşü (Putin, İlham Əliyev və paşinyan görüşü oktyabrın 31-də Soçidə olacaq) qabağı bildirib ki, indiyədək ermənipərəst mövqedən çıxış edən rusiyalı ekspertlərin Ermənistana buraxılmaması Paşinyanın qərbə üz tutacağına işarədir.
Onun sözlərinə görə Paşinyan indi rusiyalı sülhməramlıları Fransadan olan hərbçilərlə əvəz etməyə çalışır.
Markov bildirib ki, Soçi görüşündə Paşinyan Putini seçim qarşısında qoyacaq – «Ya bizə kömək et, ya da Qərbə – Fransa və ABŞ-a üz tutacam».
Öz növbəsində rəsmi Bakının da mövqeyi dəyişməzdir - "Qarabağı verən və çıxıb gedin».
Ekspert bildirib ki, belə vəziyyətdə Rusiyanın nə edəcəyini planlaşdırmaq çətindir. Onun sözlərinə görə, Emənistanda (Gümrü şəhərində) Rusiya hərbi bazası var, amma bu bazanı çıxarmaq da olar, indi onun elə bir əhəmiyyəti yoxdur və «daha çox Ermənistana laımdır».
Amma Markov bildirib ki, Rusiya bu bazadan imtina etmək istəmir, çünki «onun yerinə NATO-nun hərbçiləri gələ bilər».
Ekspertin sözlərinə görə, Ermənistanın bu addımı atması diplomatik əlaqələrin kəsilməsindən də pis ola bilər.