“Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir, ancaq Moskva İrəvana heç nəyi diktə etmək fikrində deyil, həll yolunu seçmək erməni xalqının və rəhbərliyinin işidir”.
Eləcə də bax: Paşinyan ilin sonunadək Azərbaycan ilə sülh müqaviləsi - İMZALAMAQ İSTƏYİR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu cümə axşamı Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, lazımdır və biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. Hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarıyıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik", - Putin deyib.