Ukraynanın bərpası üçün demək olar ki, 500 milyard dollara ehtiyacı olacaq, ölkənin yenidən qurulmasının tempi keçən ilki 4,8%-dən 3,2%-ə qədər azalıb.
FED.az xəbər verir ki , bu barədə Dünya Bankının proqnozunda deyilir .
“Ukraynada yenidənqurma və bərpa işlərinin dəyəri 486 milyard dollara yüksəlib”, - maliyyə qurumu bildirib. Qeyd olunur ki, bu məbləğ Ukrayna iqtisadiyyatının 2021-ci ildəki həcmindən demək olar ki, iki dəfə çoxdur.
Dünya Bankının məlumatına görə, bərpa tempi zəif məhsul və işçi qüvvəsi çatışmazlığı səbəbindən yavaşlayacaq.