Hazırda Azərbaycandan Avropa ölkələrinə yaşamağa və işləməyə köçənlərin sayı artmaqdadır. Xarici ölkələr insanları ilk növbədə yüksək həyat standartları, o cümlədən yüksək maaşlarla cəlb edir.
Bəs Avropada yaxşı yaşamaq üçün əmək haqqı – «yaxşı maaş» nə qədərdir?
FED.az xəbər verir ki, yaxşı əmək haqqı fərdin peşəsindən, təhsilindən və şəxsi gözləntilərindən asılı olaraq geniş şəkildə dəyişə bilər.
FED.az əsas Avropa paytaxtlarında yaxşı maaşın nədən ibarət olduğuna daha yaxından nəzər salır.
Ekspertlər bildirir ki, «yaxşı maaş» - orta əmək haqqından artıq olan əmək haqqına deyilir. Daha sadə desək, əsas ehtiyacları ödəməkalə yanaşı, səyahət və əyləncə kimi şəxsi həzz almaq üçün kifayət qədər vəsait varsa, əmək haqqı yaxşı sayılır. Beləliklə…
Almaniyada «yaxşı maaş» ildə 40-43 min avrodan, ayda təqribən 3,4 min avrodan başlayır.
Məsələn, Berlində «ağ yaxalıqlılar», yəni ofis işçiləri orta hesabla ildə 28-40 min avro qazanırlar ki, bu da Almaniya meyarlarına görə, o qədər də çox sayılmır. Almaniyada yaxşı maaş ildə 40-43 min avro sayılır ki, bu da ayda 3300-3600 avro deməkdir.
Londonda orta kateqoriyalı mütəxəssislər ildə 50 min funt sterlinq (59,455 avro) ilə 70 min funt sterlinq (83,235 avro) arasında gəlir əldə edirlər.
HousingAnywhere şirkəti bildirir ki, Böyük Britaniyada xalis orta aylıq qazanc 2 297 funt sterlinq və ya 2 725 avro təşkil edir. 2023-cü ildə orta yaşayış dəyərinin 1 950 funt və ya 2 314 avro olduğunu nəzərə alanda 2 500 funt (€2 962) ilə 3 300 funt (€3 915) arasında dəyişən orta aylıq xalis əmək haqqı Böyük Britaniyada yaxşı maaş hesab olunur.
Nəzərə alsaq ki, Londonda isə maaşlar ölkə üzrə orta göstəricidən 23% artıqdır,
paytaxtda «yaxşı maaş» ən azı 3 643 avro ilə 4 815 avro arasında olmalıdır. London City və 13 rayondan ibarət İç Londonda isə komfortlu həyat üçün aylıq maaşlar 3 922 avro ilə 5 183 avro arasında dəyişməlidir.
Fransada orta aylıq əmək haqqı 2500 avro, median əmək haqqı isə 1940 avrodur.
Əvəzində «yaxşı maaş» ayda 3,2 min avro sayılır, Parisdə isə rahat yaşamaq üçmaaş ayda 3,4 min avrodan yüksək olmalıdır.
İspaniyada orta əmək haqqı başqa ölkələrlə müqayisədə aşağıdır – ayda 1,8 min avro. «Komfortlu həyat» üçün isə maaşlar 2,7 min avro olmalıdır. Madrid üçün bu göstərici ümumiyyətlə 3,2 min avrodur.
Romada maaşlar Şimali Avropa şəhərlərindən nisbətən geri qalır.
Burada orta karyeralı ağ yaxalılar üçün «yaxşı maaş» adətən illik 35-50 min avro arasında dəyişir. Romada maaşlar ümumiyyətlə Şimali Avropa şəhərləri ilə müqayisədə daha aşağıdır, lakin bu, daha aşağı yaşayış xərcləri ilə qismən balanslaşdırılır. Salary Explorer-ə görə, Romada yaxşı ümumi əmək haqqı adətən 3 750 avro ilə 5 690 avro arasında dəyişir.
Avropanın digər paytaxtlarında əmək haqqı belədir:
Afina: € 2 250-€ 3 410.
Helsinki: €4 510-€6 830
Kopenhagen: €5 400-8 180
Stokholm: €3 900-5 900
Ekspertlər bildirir ki, maaşları qiymətləndirərkən, təkcə maaşı deyil, ümumi kompensasiyanı nəzərə almaq lazımdır. “Yaxşı əmək haqqı” təkcə əsas əmək haqqı ilə bağlı deyil. "Bonuslar, səhm seçimləri, sağlamlıq sığortası, pensiya töhfələri, ödənişli məzuniyyət və digər üstünlüklər daxil olmaqla bütün kompensasiya paketini nəzərdən keçirin. Bəzi hallarda bu güzəştlər aşağı baza maaşını daha cəlbedici edə bilər» - deyə əmək bazarı üzrə ekspert Michael Stull bildirib.