Ailə büdcəsini idarə edərkən mübahisələrdən qaçmaq üçün əvvəlcə ailənin maliyyə məqsədlərini, yəni pulun nə üçün sərf ediləcəyini müzakirə etmək vacibdir.
Qohumları bir-birilə düşmən edən – BİZNESLƏR - ARAŞDIRMA
FED.az xəbər verir ki, bu barədə maliyyə məsləhətçisi Alena Nikitina məlumat veib.
Ekspert bildirir ki, maliyyə məqsədləri hökmən yazılmalıdır və bu zaman bütün tərəflərin, yəni ailə üzvlərinin hamısının məqsəd və istəkləri nəzərə alınmalıdır.
Azərbaycanda yaxın qohumların evliliyi qadağan edilir - YENİ QANUN
Onun sözlərinə görə, hansı xərclərin azalda biləcəyini başa düşmək üçün ildə iki-üç ay ərzində xərclərin və gəlirlərin qeydini aparmaq lazımdır. Mütəxəssis həmçinin tövsiyə edir ki, hər bir ailənin altı aylıq xərclərini, o cümlədən kredit xərclərini əhatə edəcək maliyyə ehtiyatı yaradılmalıdır.
Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması təklif edildi
Ekspert tövsiyə edir ki, pullar bank hesabında əmanət kimi saxlanılsın, bu həm əlavə faiz gəliri deməkdir, həm də pullar əl altında olmayanda onları israf etməkdən qorumaq olur. Bundan əlavə, hər bir ailənin bir «böhran planı» olmalıdı rki, hansısa səbəbdən ailəyə böyük məbləğdə pul lazım olsa, onu əldə etmək variantı olsun.
Azərbaycanda yaxın qohumlar tenderə qatıldı – NƏTİCƏLƏR LƏĞV EDİLDİ
«İlin ən azı bir gününü hansı bankların hansı tarifləri təklif etdiyini və hansı kreditlərin götürülməsinin daha sərfəli olduğunu öyrənməyə həsr etsəniz, bu, fors-major hallar zamanı yaxşı kömək olar. Təcili kreditə ehtiyacınız olarsa, əlavə faiz ödəməyəcəyiniz üçün böyük məbləğlərə qənaət etmək mümkün olacaq”, - Nikitina bildirib.
Dövlət qulluqçularının - BAŞQA QOHUMLARI DA YOXLANACAQ – YENİ QƏRAR