ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
FED.az xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo bildirib.
Eləcə də bax: "Türkiyə ilə müharibə etməyəcəyik - SANKSİYALAR GƏLİR"
O, qeyd edib ki, Tramp Türkiyə ilə bağlı icraçı fərman imzalayıb. İcraçı fərman Maliyyə Nazirliyinə və Dövlət Departamentinə Türkiyə hökumətinin ayrı-ayrı şəxslərinə, təşkilatlara qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb.
Report