Bu ilin yanvar-fevral aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 113 milyon 917 min manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 milyon 407 min manat və ya 12,6 dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 86 milyon 750 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 3 milyon 648 min manat, səhm əməliyyatları üzrə dövriyyə 272 manat, repo əməliyyatları üzrə dövriyyə 23 milyon manat təşkil edib.
İnvestisiya şirkətini bu il və ötən il dövlət istiqrazları üzrə dövriyyəsi, ötən il isə korporativ istiqrazları və repo əməliyyatları üzrə dövriyyəsi olmayıb.
Əməliyyat sayı isə 26 olub.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 73 milyon 794 min manat (9,7 dəfə) artıb, səhm əməliyyatları üzrə dövriyyə 4 077 manat (16 dəfə) azalıb.
Əməliyyat sayında isə 15 ədəd və ya 36,6% azalma qeydə alınıb.