“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC 29 avqust 2019-cu il tarixində, haqqında yayılan 8750 avroluq cərimə xəbərinə münasibət bildirib. Şirkətdən FED.az-a verilən məluata görə, yayılan xəbərlərdəki məlumatlar yanlışdır və həqiqəti əks etdirmir. Bildirilir ki, şirkətin xəbərlərdə qeyd oldunduğu tarixli məhkəmə qərarı ilə və göstərilən məbləğdə cəriməsi yoxdur.
Eləcə də bax: Azərbaycanda “Belarusskiy” şəbəkəsini idarə edən şirkət - CƏRİMƏLƏNİB
Qeyd edək ki, 29 avqust 2019-cu il tarixində bir sıra xəbər saytlarında dərc olunan məlumata əsasən, “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokol əsasında 8750 avro məbləğində cərimə edilib. İXM-nin 430.4-cü maddəsi isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur. Xəbərdə o da qeyd olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərarından MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.
Şirkət bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.