Rusiyanın Ukrayna ərazisinin bir hissəsini işğal etməsi və onları «referendum» yolu ilə özünə birləşdirməsi nəticəsində bu ərazilərdəki iqtisadi infrastruktur da Rusiyanın nəzarətinə keçib.
Eləcə də bax: Kremldə yeni ərazilərlə müqavilələr imzalandı - FOTOLAR
FED.az xəbər verir ki, bunlardan biri də MDB ərazisində tanınmış «Nord» soyuducuları şirkətidir.
Qondarma «Donetsk Xalq Respublikası»nın «baş naziri» Vitali Xosenko bildirib ki, bundan sonra «Nord» soyuducularının satış bazarı genişlənəcək. Xatırladaq ki, «Nord» soyuducuları zavodu hələ SSRİ vaxtında 1963-də Doneskdə yaradılıb. Həmin vaxt ildə 71 min min soyuducu buraxılırdı. 2022-ci ildə buraya 12 milyon dollar yatırılıb və zavod müasir standartlara əsasən yenidən qurularaq tam müasir soyuducu buraxmağa başlayır. Hətta bu cihazlar Avropaya da ixrac edilməyə başlayır. Sonradan, 2017-ci ildə istehsal Çinə köçürülür, və hazırda ildə 1,1 milyon soyuducu istehsal edilir və onun 76%-i xaricə, bundan 40% isə Avropaya ixrac edilirdi.