Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi başlayıb.
Eləcə də bax: Rusiya Zaporojye və Xerson vilayətlərinin "müstəqilliyi"ni - TANIYIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya mediası mərasimdən ilkin görüntüləri yayıb.
Görüntülərdən ölkənin müdafiə naziri Sergey Şoyqunun, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun və digər qonaqların mərasim keçirilən zala gəldiyini görmək mümkündür.
Müqavilələr Ukraynanın “referendum” keçirilən 4 vilayəti ilə imzalanacaq. Mərasim zamanı Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı gözlənilir.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.
***
V. Putin bildirib ki, LXR, DXR, Zaporojye və Xerson vilayətlərində insanlar eyni seçim ediblər.
***
Putinin sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara hazırdır: “Kiyev rejimini dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masası arxasına geri dönməyə çağırırıq. Kiyev DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin seçiminə hörmətlə yanaşmalıdır, sülhə yol yalnız belə ola bilər”.
***
“Qərbdə bizim azadlığımızı istəmirlər. Onlar hər kəsi müstəmləkə etmək istəyirlər. Qərbə Rusiya lazım deyil, amma Rusiya bizə lazımdır. Biz öz dəyərlərimizi Qərbdən qoruyacağıq. Qərb Rusiyanı zəiflətmək və dağıtmaq üçün yeni şanslar axtarırdı və indi də axtarır. Belə bir güclü ölkənin mövcud olması onlara rahatlıq vermir”, - deyə Putin qeyd edib.
***
Putin çıxışı zamanı “Şimal axını” qaz boru kəmərlərində baş verən qəza mövzusuna da toxunub: “Anglosakslar faktiki olaraq Avropanın enerji strukturunun məhv edilməsinə başlayıblar”.
***
Putinin çıxışından sonra yeni ərazilərlə müqavilələr imzalanıb.