Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Doğru Holdinq"in İdarə Heyətinin sədri Bülent Doğru, “Dedeman Holdinq”in İdarə Heyətinin sədri Rıfat Şükrü Dedeman və “Dedeman Turizm”in İdarə Heyətinin sədri Banu Dedeman ilə görüşüb.
KOBİA-dan FED.az-a bildirilib ki, görüşdə Azərbaycanda biznes və investisiya qoyuluşu, yerli KOB-larla əməkdaşlıq və xidmət sektorunun biznes imkanlarına dair fikir mübadiləsi aparılıb.
Həmçinin görüşdə qeyd edilib ki, Türkiyənin tanınmış otel markası olan “Dedeman hotel” bu yaxınlarda Bakıda da fəaliyyətə başlayacaq.