2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 194 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 73 şirkət azdır.
Bakıda Qırğız Ticarət Evinin açılışı olub
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 323 milyon 545 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 474 milyon 520 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (164) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 134 milyon 915 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 98 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir. (Trend)