Bakıda Qırğız Ticarət Evinin açılması münasibətilə tədbir keçirilib.
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
FED.az xəbər verir ki, səfir Maksat Mamıtkanov bildirib ki, bu kimi tədbirlər dost Azərbaycan və Qırğızıstan xalqlarının dostluğunu, habelə biznes dairələri arasında əməkdaşlığı möhkəmləndirəcək:
"Ötən ilin aprelində Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri zamanı müvafiq əməkdaşlıq bəyannaməsi, eləcə də Nazirlər Kabinetləri arasında da əməkdaşlığın genişləndirilməsi barədə sənəd imzalanıb. Əsas məqsədimiz regional əməkdaşlığı özündə ehtiva edən ortaq layihələrin icrasını təşviq etməkdən ibarətdir. Türk Ticarət Mərkəzi məhz buna xidmət edəcək".
"Okuklu Holding" şirkətinin baş direktoru Yılmaz Okuklu bildirib ki, Türk Ticarət Mərkəzi adlı layihə həyata keçirilməsi Azərbaycanın malik olduğu ticari imkanların daha geniş ictimaiyyətə çatdırması məqsədi daşıyır:
"Bu gün biz əlaqələrimizi daha da möhkəmləndirmək üçün bir sıra müqavilələrə də imza atacağıq. Əslində biz uzun illər əvvəl bilirdik ki, Azərbaycanın imkanları ona çox böyük fayda verəcək və biz ölkənizdə çox böyük potensialın formalaşmasını təmin edəcəyik. Ümid edirəm ki, bu Qırğız Ticarət Evinin açılışı əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim şirkət Ələt limanı üzərindən qonşu dövlətlərə idxal-ixrac əməliyyatlarını genişləndirməkdə maraqlıdır".
Sonda paytaxtımızda Qırğız Ticarət Evinin açılmasını bildirən müqavilə imzalanıb. (Apa)