Türkiyə Rəqabət Təşkilatı tərəfindən bəzi birləşmə və satınalmalara icazə verilib.
Türkiyənin Rəqabət Təşkilatı tərəfindən, "Azertelecom Int LLC" şirkətilə ilə "SOCAR Turkey Enerji AŞ" şirkəti arasında ortaq şirkət qurulması əməliyyatı təsdiq edilib.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Təşkilatının internet səhifəsində məlumat verilib.
“AzerTelecom” və SOCAR "Transanatolian Fiber Taf Telekomünikasyon Hizmetleri AŞ" adlı birgə müəssisə yaradırlar.
“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət “Bakcell”in törəmə müəssisəsidir. (Marja)