27 fevral 2026-cı il tarixində, saat 15:00-da "CHEVVEEK" MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 73 ünvanında olacaq.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
-
Cəmiyyətin gəlir əldə edə bilməməsi və məhsulların satış prosesinin təşkil olunmaması səbəbindən yaranmış maliyyə vəziyyətinin müzakirəsi;
-
Təsisçilərin fiziki olaraq bir araya gələ bilməməsi və bunun nəticəsində Cəmiyyətin tam fəaliyyətinin mümkünsüzlüyü ilə əlaqədar Cəmiyyətin fəaliyyətinin müvəqqəti dayandırılması (dondurulması) barədə qərarın qəbul edilməsi.
Təsisçilərin yığıncaqda şəxsən fiziki iştirakı xahiş olunur.












