29 iyun 2025-ci il tarixində, saat 10:00-da “Sumqayıt Aşqarlar” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən “Sumqayıt Aşqarlar” ASC-nin inzibati binasında baş tutacaq.
Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2024-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə illik hesabat
2. “Sumqayıt Aşqarlar” ASC-nin Nizamnaməsinə əlavə və dəyişiklik edilməsi barədə
3. “Sumqayıt Aşqarlar” ASC-nin Direktorlar Şurasının Sədrinin və üzvlərinin seçilməsi
4. Təftiş komissiyası üzvlərinin seçilməsi Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır.
Yığıncaq saat 10:00-da başlanır.
Qeydiyyat üçün pasport və ya şəxsiyyətinizi təsdiq edən digər sənəd təqdim olunmalıdır.
Səhmdarların növbəti ümumi yığıncağında şəxsən özü və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndəai iştirak edə bilər.
Növbəti ümumi yığıncağın gündəliyində duran məsələlər ilə əlaqədar Cəmiyyətin hüquqşunası N.İ.Behbudova müraciət etmək olar.
Əlaqə telefonu: (051) 873-40-13