30 iyun 2025-ci il tarixində, saat 12:00-da “Cəlilabad Broyler” Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 1 ünvanında olacaq.
Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
I. “Cəlilabad Broyler” ASC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında;
II. “Cəlilabad Broyler” ASC tərəfindən 2024-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında;
III. “Cəlilabad Broyler” ASC ilə “Azerbaijan Poultry Company” MMC arasında bağlanmış İcarə müqaviləsinə yenidən baxılması haqqında;
IV. Digər məsələlər.