Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin dekabr ayına 9 073 826 nəfər təşkil edib.
Eləcə də bax: Ekspert: "Sahibkarların bank hesablarının sığortalanması - Müsbət Yenilikdir"
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, bank müştərilərindən 8 959 725 nəfəri fiziki şəxslər, 114 101 nəfəri isə hüquqi şəxslər olub.
Dekabrda müştəri hesablarının sayı 32 min 124 ədəd artaraq 21 179 517-ə çatıb. O cümlədən, cari hesabların sayı 25 min 762 artaraq 18 240 119-a, kredit hesablarının sayı 3 398 artaraq 2 722 512-ə, depozit hesablarının sayı isə 2 964 artaraq 216 886-a yüksəlib.
2019-cu ilin dekabr ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 2 144 108 artıb, hüquqi şəxslərin cari hesablarının sayı isə 4 625 artıb. Noyabr ayı ilə müqayisədə isə 2020-ci ilin dekabrında hüquqi şəxslərin cari hesablarının sayı 1 332 artıb