Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin fevral ayına 9 255 820 nəfər təşkil edib.
Eləcə də bax: Şirkətlərin bank hesablarındakı pulları yanvarda - Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, bank müştərilərindən 9 140 197 nəfəri fiziki şəxslər, 115 623 nəfəri isə hüquqi şəxslər olub.
Fevralda müştəri hesablarının sayı 238 min 786 ədəd artaraq 21 433 401-ə çatıb. O cümlədən, cari hesabların sayı 228 min 315 artaraq 18 603 546-a, kredit hesablarının sayı 9 110 artaraq 2 607 979-a, depozit hesablarının sayı isə 1 361 artaraq 221 876-a yüksəlib.
Ötən ilin fevral ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 2 125 551 artıb, hüquqi şəxslərin cari hesablarının sayı isə 8 489 artıb. Yanvar ilə müqayisədə isə 2021-ci ilin fevralında hüquqi şəxslərin cari hesablarının sayı 3 360 artıb.