Hüquqi şəxslərin banklardakı cəmi depozitləri 2021-ci ilin yanvar ayında 12 208.9 mln. manata düşüb.
Eləcə də bax: Azərbaycan əhalisinin kreditlərinin - 29,4%-i Xarici Valyutadadır
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, bir ayda hüquqi şəxslərin banklardakı depozitləri 469.4 milyon manat azalıb. Belə ki, ötən ilin sonunda hüquqi şəxslərin banklardakı cəmi depozitləri 12 678.3 milyon manata çatmışdı.
Yanvarda hüquqi şəxslərin müddətli depozitləri artaraq 2 122.7 milyon manat təşkil edib, tələbli depozitlər isə azalaraq 10 086.2 milyon manata düşüb.