Koronavirus təhlükəsi digər məsələlərlə yanaşı səhmdar cəmiyyətlərdə səhmdarların toplantılarına da mane olmağa başlayıb.
Eləcə də bax: “Qala-STB” parçalanır – NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
FED.az xəbər verir ki, artıq bir sıra səhmdar cəmiyyətlər korornavirus səbindən iyun ayına nəzərdə tutulan səhmdar yığıncaqlarını qeyri-müəyyən vaxtadək təxirə salmağa başlayıblar.
«Nadir Quliyev adına Bakı-Taxıl» ASC səhmdarlarının 30 iyun 2020-ci il saat 10.00-a təyin olunmuş ümumi yığıncağının keçirilməsi vaxtı koronavirus pandemiyası ilə əlaqədar Bakı şəhərində tətbiq olunmuş xüsusi karantin rejimi və Bakıya girişin məhdudlaşdırılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınır. Ümumi yığancağın keçirilməsi vaxtı barədə əlavə məlumat veriləcəkdir.
«Sabirabad Yem Zavodu» ASC səhmdarlarının 30 iyun 2020-ci il saat 10.00-a təyin olunmuş ümumi yığıncağının keçirilməsi vaxtı karantin rejimi və COVID -19 pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmışdır. İclasın gələcəkdə keçirilməsi barədə səhmdarlara əlavə məlumat veriləcəkdir.
«Bakı Əyrici Toxucu» ASC-nin rəhbərliyi cəmiyyətin səhmdarlarının nəzərinə çatdırır ki, 23 iyun 2020-ci il tarixində 2019-cu ilin yekununa görə keçiriləcək iclas “COVİD-19” pandemiyasının yayılması və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına və tövsiyələrinə əsasən qeyri-müəyyən vaxta təxirə salınır.
«Şərq-Qərb» ASC-nin rəhbərliyi cəmiyyətin səhmdarlarının nəzərinə çatdırır ki, 30 iyun 2020-ci il tarixində 2019-cu ilin yekununa görə keçiriləcək iclas “COVİD-19” pandemiyasının yayılması və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına və tövsiyələrinə əsasən qeyri-müəyyən vaxta təxirə salınır: «Səhmdarların növbəti ümumi yığıncağının keçirilməsinə dair yeni tarix barədə tərəfimizdən ASC-nin rəsmi saytında (www.eastwest.az) elan veriləcək».