Azərbaycanın məşhur qida məhsulları istehsalçılarından olan «Səba» ASC dövriyyə vəsaitlərini artırmaq və şirkətin işini canlandırmaq üçün bankdan növbəti kredit götürəcək.
FED.az xəbər verir ki, bu məsələ «Səba» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında müzakirə olunacaq. Şirkətin Direktorlar Şurasının qərarına əsasən 29 oktyabr 2021-ci il saat 15:00-da «Səba» ASC-nin səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Toplantı cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən inzibati binasında ğaş tutacaq. Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
1. Cəmiyyətin 2020-ci il üzrə maliyyə hesabatının təqsdiqlənməsi.
2. Bankdan dövriyyə vəsaitlərinin artırılması məqsədilə cəlb edilmiş kreditin təminatı qismində Cəmiyyətə məxsus əmlakın Bankın xeyrinə sonrakı ipotekaya qoyulması.
3. Cəmiyyətin dövriyyə vəsaitlərinin artırılması məqsədilə bankda kredit xəttinin açılması və kreditin təminatı qismində Cəmiyyətə məxsus əmlakın Bankın xeyrinə sonrakı ipotekaya qoyulması, həmçinin bu əmlakın yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququnun müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə sonrakı girov müqaviləsinə əsasən Bankın xeyrinə girova qoyulması.
4. “Səba”ASC-nin yeni törəmə şirkətinin təsis edilməsi.
5. “Səba”ASC-nin Direktorlar Şurası barədə.
6. Digər məsələlər.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq hüququna malikdirlər.
Gündəliklə əlaqədar münasibət bildirilməsi üçün əlaqə telefonu: (+994 12) 448-16-01;