Fevralın 1-də, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Sığorta şirkəti səhmdarlarına - Divident Ödəyəcək
FED.az xəbər verir ki, yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Səba” ilə “Xalq Bank” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam bağlanılması məqsədilə Bankdan illik 5%-lə, 36 ay müddətinə yeni kreditin götürülməsi və kreditin təminatı qismində Şabran şəhəri, Məmməd Əmin Rəsulzadə, küçəsi 35 ünvanda yerləşən əmlak kompleksinin girov qoyulması, Cəmiyyətlə Bank arasında bağlanmış digər kredit müqaviləsinin müddətinin 15 avqust 2023-cü il tarixinə qədər uzadılması, eləcə də ödəniş şərtlərinin dəyişdirməklə (15 yanvar 2022-ci ilə qədər ancaq faiz ödənilməsi, qalan müddətdə isə rüblük annuitet ödənişin həyata keçirilməsi), həmçinin sənədli əməliyyatların maliyyələşdirilməsi məqsədilə illik 4%-lə, 36 ay müddətinə kreditin cəlb edilməsi və kreditin təminatı qismində cəmiyyətə məxsus Şabran şəhərində yerləşən əmlak kompleksinin girov qoyulması, nizamnamənin yeni redaksiyasının təsdiq olunması və digər məsələlər daxildir.
Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.