Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Şanxay şəhərində keçirilən 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlıq Nümayiş Ərazisi (SCODA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
FED.az bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, sənədi qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və SCODA İnzibati Komitəsinin direktor müavini Hao Quosin imzalayıblar.
Memorandum ki ölkənin KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi üzrə birgə tədbirləri, o cümlədən KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə, keçirilən sərgi və digər tədbirlər, iqtisadi və ticarət fəaliyyətləri, əməkdaşlıq imkanları barədə informasiya mübadiləsi, qarşılıqlı olaraq yerli tərəfdaşların tövsiyə edilməsi kimi tədbirləri nəzərdə tutur.