“Kürdəmir Kəndkimya Təchizat” ASC və “Ucar Tikinti Avtonəqliyyat” ASC-nin səhmdarları iclas keçirəcək.
Eləcə də bax: “Beyker və Makenzi"nin Azərbaycandakı filialı - LƏĞV OLUNUB
FED.az xəbər verir ki, hər iki şirkətin iclasının gündəliyinə səhmdar cəmiyyətin 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin hesabatı, müşahidə şurası (Direktorlar şurası), İcra orqanı və təftiş komissiyasının formalaşdırılması və digər məsələlər daxildir.
1) “Kürdəmir Kəndkimya Təchizat” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 10 sentyabr 2020-ci il saat 11:00-da Kürdəmir şəhəri, Bakı prospekti, 18 ünvanında keçiriləcək.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (055) 224 44 38.
2) “Ucar Tikinti Avtonəqliyyat” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 9 sentyabr 2020-ci il saat 11:00-da Ucar şəhəri, Dədə Qorqud yaşayış sahəsi ünvanında keçiriləcək.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (055) 598 04 23.