Sahibkarlara dəstək olmaq məqsədi ilə niyyət protokolu imzalanır.
FED.az xəbər verir ki, hazırda Bakı Biznes Mərkəzində baş tutan tətbirdə ABAD, Sahibkarlığa Kömək Milli Fondu və Azər Türk Bank arasında Niyyət protokolu imzalanır.
Bu protokola əsasən bundan sonra kiçik və orta sahibkarların layihələri ABAD tərəfindən qiymətləndiriləcək, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən vəsait ayrılacaq. Sahibkarların seçilən və vasit ayrılan layihələri Azər Türk Bank vasitəsilə kreditləşdiriləcək. Bu kreditləşmə 4% ilə həyata keçiriləcək.
Sahibkarlara kömək məqsədi ilə protokol imzalanır – 4% İLƏ KREDİT
11:05
6 Mart 2018