Mütəxəssislər deyir ki, "Yaşıl dəhliz" buraxılış sistemi idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına, şəffaflığın təmin olunmasına şərait yaradacaq. Yeni qayda qida məhsullarının idxal-ixrac prosesi zamanı da sahibkarların fəaliyyətinə müsbət təsir göstərəcək.
FED.az xəbər verir ki, "Yaşıl dəhliz" ilə bağlı yeni qaydanın tətbiqinin şəffaflığın təmin olunması üçün bir nümunə olduğunu, xarici ticarət iştirakçılarının bir sıra üstünlüklər əldə etməsinə şərait yaradacaq. Bəyannamələrin mallar gəlmədən öncə elektron qaydada ötürülməsi, əlavə vaxt itkisinin və məsrəflərin qarşısını alacaq, işgüzar fəaliyyətin genişlənməsinə, gəlirlərin artmasına müsbət təsir göstərəcək.
Eləcə də bax: “Sərmayə qoymaq istəyənləri həvəsləndirəcək”
Bəzi şirkətlər “Yaşıl dəhliz”in üstünlüklərdən yararlana bilmirlər
“Ötən ildən etibarən, gömrük orqanlarının yaşıl dəhliz rejimi barədə məlumatın çatdırılması üçün əhəmiyyətli addımlar atmağa başlamasına və risklərin qiymətlənidirilməsi prosesindən keçən və nəticədə “Yaşıl dəhliz”ə daxil olan şirkətlərin siyahısını təqdim etməsinə baxmayaraq, reallıqda siyahıya daxil olan şirkətlər yaşıl dəhliz ilə nəzərdə tutulan faktiki üstünlüklərdən yararlana bilmirlər”.
Bu barədə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı hazırladığı “Ağ sənəd” adlandırılan sənəddə deyilir. Sənədə əsasən, bu şirkətlərin malları və nəqliyyat vasitələri hələ də gömrük terminallarına daxil olur və fiziki gömrük yoxlamalarından keçir: “Bunun səbəbi sistemin işləməyinə şərait yaradacaq infrastrukturun olmaması ola bilər. Bundan əlavə, DGK-nın bu cür şirkətlərlə əməkdaşlığının hansı formada həyata keçirilməli olduğu da aydın deyil. Bu əməkdaşlığı tənzimləyən müvafiq normativ-hüquqi aktların olmaması səbəbindən Gömrük Komitəsi idxalçıya apardığı gömrük əməliyyatlarında tam etibar edə bilmir”.
Sənəddə qeyd edilir ki, 2016-cı ilin noyabrın 30-da “AmCham” tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə bir neçə gömrük dəhliz sistemləri (yaşıl, göy, sarı və qırmızı dəhlizlər) təqdim olunub. Şirkətlərin müəyyən dəhlizə uyğunluğu həmin şirkətlərin gömrük əməliyyatları üzrə risklərin qiymətləndirilməsi əsasında risk qiymətləndirilməsindən qənaətbəxş keçən şirkətlər yaşıl dəhlizin verdiyi üstünlüklərdən faydalana bilər. “Yaşıl dəhliz” gömrük sisteminin əsasında duran başlıca fikir ondan ibarətdir ki, mallar və nəqliyyat vasitələri fiziki yoxlanışdan keçmədən qısa müddətdə idxal olunsunlar. Bu sistem sahibkarların fəaliyyətinə müdaxiləni minimuma endirməyə, gömrük rəsmiləşdirilməsi prosesini sürətləndirməyə, növbə və dayanacaq xərclərini azaltmağa kömək edir”.
“AmCham” tövsiyə edir ki, sistemin tam fəaliyyət göstərməsi üçün infrastrukturun yaradılması prosesi sürətləndirilməlidir. Bundan əlavə, Gömrük Komitəsi və “Yaşıl dəhliz” rejimində olan şirkətlər arasında əməkdaşlığı tənzimləyən normativ-hüquqi aktlar da müvafiq olaraq qəbul olunmalıdır. Bu cür aktlar özlərində, müntəzəm təlimlərin keçirilməsini (gömrük orqanlarının “Yaşıl dəhliz” şirkətlərini gömrük rəsmiləşdirilməsi üzrə qanunvericilikdə baş verən dəyişikliklər barədə məlumatlandırılması üçün), eyni zamanda, əməkdaşlığın təfərrüatları və gömrük qanunvericiliyinə zidd olmadan gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması üçün hər bir yaşıl dəhliz şirkətinə gömrük orqanlarının əlaqələndirici şəxsinin təyin olunması kimi məsələləri ehtiva etməlidir.
Yazı DGK-nın keçirdiyi "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur.