Azəbaycanda vergi pozuntularına görə sahibkarlara tətbiq edilən cərimələrin, xəbərdarlıqla əvəz edilməsi nəzərdə tutulur. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda təşkil edilən «Kapital bazarları vasitəsilə maliyyələşmə, listinaq və investisiyalar» tədbirrində bildirib.
Onun sözlərinə görə, hazırda Konfederasiya ilə Vergilər Nazirliyi arasında bununla bağlı müzakirələr aparılır: «Biz Vergilər Nazirliyi ilə danışıqlar aparırıq, eləcə də vergi sahəsində təkliflər toplusu hazırlayırıq. Bu təkliflər arasında cərimələrin xəğərdarlıqla əmvəz edilməsi də nəzərdə tutulur».
Məmməd Musayev bildirib ki, ümumiyyətlə, Azərbaycanda təkcə vergi sahəsində deyil, digər sahələrdə də tətbiq edilən cərimələr bəzən yol verilən pozuntulara uyğun gəlmir: «Fikrimcə bu cərimələrin və ümumiyətlə cəza tədbirlərinin pozuntulara uyğunluğu məsələsi müzakirə olunmalıdır».