Xammal qiymətlərində artım fonunda Rusiyanın ən böyük ixracatçılarının gəlirləri və xalis mənfəətləri artıb. Onlar pullarını milyarderlər, dövlət və fərdi investorlar da daxil olmaqla səhmdarlar ilə bölüşməli olacaqlar.
Eləcə də bax: Azərbaycan Rusiyaya 1,2 mlrd. dollardan çox - İNVESTİSİYA YATIRIB
2021-ci ilin sonunda səhmləri birjada ticarət olunan Rusiya şirkətləri tarixdə rekord məbləğdə dividend ödəyəcəklər - 60 milyard dollar.
FED.az xəbər verir ki, bunu "ITI Capital"ın analitikləri təxmin edirlər.
Məbləğ keçən illə müqayisədə 50% və 2019-cu ildə qeydə alınmış əvvəlki maksimumdan (35 milyard dollar) 35% çoxdur.
Təkcə üçüncü rübdə dividend ödənişləri 1 trilyon rubl və ya 14 milyard dollar təşkil edəcək və həm də tarixdə ən yüksək məbləğə çevriləcək.
ITI Capital-ın baş investisiya strateqi İskəndər Lutsko bildirib ki, neft, qaz və metal qiymətlərində əhəmiyyətli artım nəzərə alınmaqla, şirkətlər bu il 2019-cu ilin rekordundan daha çox mənfəət əldə edəcəklər.