İndiyədək Rusiya iqtisadiyyatına yatırılmış Azərbaycan investisiyalarının həcmi 1,2 mlrd. ABŞ dollarını ötüb.
Eləcə də bax:Bakıda Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə dair konfrans - KEÇİRİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində keçirilən "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfransda deyib.
Onun sözlərinə görə, Rusiya isə ölkə iqtisadiyyatına 6 mlrd. dollardan çox investisiya yatırıb və hazırda Azərbaycanda qeydiyyata alınmış Rusiya kapitallı 1 110-a yaxın müəssisə mövcuddur.